×
A
A
A
Sazlamalar

Ankarada xəstəxanada kimyəvi zəhərlənmə təhlükəsı yaranıb

Ankara, 11 iyul, AZƏRTAC
Ankarada yerləşən Etlik Zübeyde adına qadın xəstəlikləri xəstəxanasında kimyəvi tərkibli maddənin olduğu şüşə qabın sınması ciddi təhlükə yaradıb. İnsan həyatı üçün təhlükəli qaz şəklində olan maddə sürətlə yayılmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, hadisə yerinə Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin (AFAD) xilasedici dəstələri, polis qüvvələri və digər xilasedici dəstələr gəliblər. Dördmərtəbəli xəstəxananın giriş mərtəbəsi tamamilə boşaldılıb. Zəhərləndikləri ehtimal edilən insanlar müayinə olunurlar.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-07-11 17:28:00