×
A
A
A
Sazlamalar

Sumqayıtın “Rövşən” qrupu ritm festivalında ölkəmizi təmsil edib

Sumqayıt, 11 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Rusiyanın Samara şəhərində ənənəvi 15-ci Beynəlxalq ritm festivalı keçirilib. Festivalda Azərbaycanı Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində fəaliyyət göstərən "Rövşən” ritm qrupu təmsil edib.
Kollektivin rəhbəri Rövşən Cabbarlı AZƏRTAC-a bildirib ki, festivalda 15 xarici ölkə, həmçinin Rusiyanın 15 böyük şəhərindən dəvət olunmuş sənətçilər iştirak edib.
Sumqayıtlılar Türkiyə, İran, Ukrayna, Liviya, Tacikistan kimi ölkələrdən gələn ritm həvəskarları ilə eyni səhnəni bölüşüblər deyən istedadlı ritm ustası R.Cabbarlı festivalın 3-cü günü Tolyatti şəhərinin filarmoniyasında solo konsertlə çıxış etdiklərini söyləyib.

Regionlar 2019-07-11 15:55:00