×
A
A
A
Sazlamalar

“Rambler Group” Ostap Bender haqqında serialı maliyyələşdirəcək

Bakı, 11 iyul, AZƏRTAC 

“Rambler Group” İlya İlf və Yevgeni Petrovun “On iki stul” romanının motivləri əsasında “Bender” kinoserialını maliyyələşdirəcək. AZƏRTAC xəbər verir ki, bu barədə "Ведомости" qəzeti internet-holdinqin repertuar strategiyası və kontent üzrə direktoru Sofya Kvaşilovaya istinadla yazıb.
S.Kvaşilova deyib: “Tamaşaçılar “Bender” serialını iki formatda görəcəklər. Əvvəlcə kinofranşizanın dörd hissəsinin hamısı bir-birinin ardınca kinoteatrlarda nümayiş etdiriləcək, sonra layihənin geniş versiyası serial kimi internetdə yerləşdiriləcək”.
Kvaşilovanın sözlərinə görə, “Bender” öz üslubuna görə sovet dövrünün “Ələkeçməz qisasçılar” filmi ilə rejissor Qay Riççi üslubunun sintezi olacaq.
Layihəni “Sreda” prodüser şirkəti maliyyələşdirəcək.

Mədəniyyət 2019-07-11 15:50:00