×
A
A
A
Sazlamalar

Bolqarıstanın 7 rayonunda “narıncı”, 21 rayonunda isə “sarı” təhlükə kodu elan olunub

Sofiya, 11 iyul, AZƏRTAC

Bolqarıstanın Milli Meteorologiya İnstitutu güclü yağış səbəbindən ölkənin 7 rayonunda “narıncı”, 21 rayonunda isə “sarı” təhlükə kodu elan edib.
Bildirilir ki, “narıncı” təhlükə kodu elan edilən rayonlarda yağıntılar 40-80 l/m2 həcmində ola bilər. “Sarı” təhlükə kodu elan edilən rayonlarda isə bu göstərici 30-40 l/m2-ə çata bilər.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2019-07-11 15:28:00