×
A
A
A
Sazlamalar

“Gazprom”un ixrac gəlirləri kəskin azalıb

Bakı, 11 iyul, AZƏRTAC

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin təbii qaz ixracı üzrə əldə etdiyi gəlirlər ilin ikinci rübündə 38 faiz azalıb.
AZƏRTAC RBK-ya istinadla xəbər verir ki, ikinci rübdə “Gazprom”un təbii qaz ixracı üzrə gəlirləri 9 milyard dollar təşkil edib. İlk rübdə isə bu göstərici 14 milyard dollar idi.
Xatırladaq ki, ötən ilin ilk 2 rübündə şirkətin ixrac gəlirləri müvafiq olaraq 12,7 və 11 milyard dollar təşkil etmişdi.

 

Dünya 2019-07-11 15:04:00