Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Mamuka Baxtadze: Ötən on il ərzində “Şərq tərəfdaşlığı” proqramında ciddi uğurlar qazanılıb

Batumi, 11 iyul, AZƏRTAC
Avropa İttifaqı ilə əməkdaşlıq, xüsusən də “Şərq tərəfdaşlığı” proqramı üzv ölkələrin inkişafında mühüm rol oynayıb. Xüsusi ilə “Şərq tərəfdaşlığı” proqramı altı tərəfdaş ölkənin modernləşməsinə təkan verib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri Mamuka Baxtadze Batumidə “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunan beynəlxalq konfransda çıxışı zamanı söyləyib.
Baş Nazir deyib ki, 10 il ərzində “Şərq tərəfdaşlığı” proqramında ciddi uğurlar qazanılıb. Proqrama qoşulan ölkələr yeni strategiya əsasında dayanıqlı inkişafa nail olublar. Bu proqram sayəsində biz çox yaxşı iqtisadi, siyasi, mədəni əlaqələr yaratmışıq.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi

Dünya 2019-07-11 14:15:00