×
A
A
A
Sazlamalar

Şəki rayon sakini qonaq olduğu evdən 3100 manat pul oğurlayıb

Bakı, 11 iyul, AZƏRTAC 

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Hacıyev ötən il noyabrın 27-də evindən 3100 manat pulunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Pulun həmin gün onun evində qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib.
Oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini M.Əliquzuyev 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-07-11 13:42:00