×
A
A
A
Sazlamalar

Avtomobildə gizlədilən papirosların ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 11 iyul, AZƏRTAC

Avtomobildə gizlədilən papirosların ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun Rusiya istiqamətindən idxal gömrük nəzarət xəttinə daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ 21110” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 1375 ədəd “Belomorkanal” adlı papiros aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-07-11 12:19:00