×
A
A
A
Sazlamalar

Qurban Qurbanov: Rəqibimiz çox intizamlı oyun nümayiş etdirdi

Bakı, 11 iyul, Nicat Məmmədov, AZƏRTAC

Oyun ərzində topa nəzarət daha çox “Qarabağ” klubunda oldu. Rəqibin müdafiə oyunu quracağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oyun nümayiş etdirdilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında səsləndirib.
“Rəqib ikinci hissənin əvvəllərində bir neçə real qol vəziyyəti yaratdı. “Partizani” sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları olduğunu göstərdi. “Qarabağ” Bakıda buna hazır olmalıdır. Bugünkü qarşılaşmanı analiz etdikdən sonra cavab oyununda müəyyən dəyişikliklər edə bilərik”, - deyə Q.Qurbanov vurğulayıb.

İdman 2019-07-11 02:34:00