×
A
A
A
Sazlamalar

Universiada: Nazim Babayev üç təkanla tullanma yarışında qızıl medal qazanıb

Bakı 11 iyul, AZƏRTAC

İyulun 10-da Azərbaycan atleti Nazim Babayev İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasının qızıl medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, Avropa çempionumuz N.Babayev üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə Universiadanın qalibi olub. Bununla da o, universiadalarda ikinci çempionluğunu rəsmiləşdirib.
Xatırladaq ki, idmançımız təsnifat mərhələsində 16,36 metr nəticə ilə finala yüksəlmişdi.
Qeyd edək ki, atletika yarışlarında digər idmançımız Zəkiyyə Həsənova 100 metr məsafəyə qaçış növündə təsnifat mərhələsində 11 saniyəlik nəticə ilə dördüncü yeri tutaraq mübarizəni dayandırıb.
Atletlərimiz universiadaya məşqçi Ziyad Xəlfəliyevin rəhbərliyi ilə qatılıblar.

İdman 2019-07-11 00:01:00