×
A
A
A
Sazlamalar

Gürcüstan qonşu ölkələrlə balanslaşdırılmış, praqmatik siyasət aparmalıdır

Tbilisi, 10 iyul, AZƏRTAC
Biz yerləşdiyimiz coğrafiyanı nəzərə almalıyıq. Coğrafiyanı inkar etmək, bundan qaçmaq olmaz. Biz qonşu ölkələrlə maksimum balanslaşdırılmış, praqmatik siyasət aparmağa çalışmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Arçil Talakvadze jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, coğrafi məkana və ümumilikdə bu məsələyə radikal baxan insanlar var və onlar bunu siyasi dividend qazanmaq üçün edirlər. Avropa İttifaqı ilə münasibətlərə toxunan A.Tlakvadze deyib ki, Gürcüstan çox çətin bölgədə yerləşir. Buna baxmayaraq, Qərbin Gürcüstana güclü dəstəyi var.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-07-10 20:31:00