×
A
A
A
Sazlamalar

“Qəbələ” klubu Mozambik yığmasının hücumçusunu transfer edib

Bakı, 10 iyul, AZƏRTAC

“Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, “qırmızı-qaralar” Mozambik yığmasının üzvü Klesio Palmirim David Bauk ilə anlaşıb. İyirmi beş yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Klesio futbol həyatına “Ferroviariu” klubunda başlayıb. Ardınca o, “Benfika” (2012-2013-cü illər), “Benfika B” (2013-2016-cı illər), “Harrisburq Siti” (2014-cü il), “Panetolikos” (2016-2018-ci illər) klublarının şərəfini qoruyub. Mozambikli futbolçu sonuncu mövsümü Türkiyənin “İstanbulspor” klubunda keçirib.
Hücumçu 2011-ci ildən Mozambik yığmasının şərəfini qoruyur.
Xatırladaq ki, “Qəbələ” klubu daha əvvəl Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev və Kristian Kouakounu heyətinə cəlb edib.

İdman 2019-07-10 20:16:00