×
A
A
A
Sazlamalar

Qara dənizin Gürcüstan sahillərində 17 nəfər xilas olunub

Batumi, 10 iyul, AZƏRTAC

İyulun 10-da Qara dənizin Gürcüstan sahillərində başlayan qasırğa nəticəsində bir neçə yerli sakin və turist boğulmaq təhlükəsi ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə olunması Xidmətinin əməkdaşları 5-i uşaq olmaqla, 17 nəfəri xilas ediblər. Xilas olunanların 12-si xarici ölkə vətəndaşıdır.
Hazırda Ureki qəsəbəsində dəniz kənarında qırmızı fənərlər yandırılıb və dənizə girmək qadağan edilib.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi

Dünya 2019-07-10 19:52:00