×
A
A
A
Sazlamalar

Stinq Avropada konsertlərini təxirə salır

Bakı, 10 iyul, AZƏRTAC

Stinq özünü nasaz hiss etdiyinə görə Avropada planlaşdırılan üç konsertini təxirə salıb. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat artistin “Twitter” səhifəsində verilib.
Daha əvvəl müğənni həkimlərin tövsiyəsinə görə Belçika Caz Festivalında çıxışını təxirə salıb. İndi isə iyulun 10-12-də Almaniyanın Münxen, Ştutqart və Çexiyanın Slavkov şəhərlərində planlaşdırılan konsertlərindən imtina edib. Məlumatda deyilir ki, Stinq fanatlarına verdiyi narahatlığa görə dərin təəssüf hissi keçirir. Müğənninin nasazlığının səbəbi açıqlanmır.
Stinq mahnı mətnlərinin müəllifi, müğənni və ictimai xadimdir. Onun karyerası 1977-ci ildə Stüart Koupland və Endi Sammers ilə birlikdə yaratdığı “The Police” rok qrupunda başlayıb. Kollektivin beş albomu çıxıb, altı “Grammy” mükafatına layiq görülüb və Rokn-n-rol şöhrəti zalında yerə sahib olub. Stinq 1985-ci ildə solo karyeraya başlayıb. bu müddət ərzində 10 “Grammy” mükafatına, iki “Brit Awards” heykəlciyinə, “Qızıl qlobus” və “Emmy” mükafatlarına layiq görülüb, üç dəfə Oskar mükafatına namizəd irəli sürülüb. Musiqiçinin “The Police” qrupunda fəaliyyəti də nəzərə alınmaqla, onun albomlarının 100 milyondan çox surəti satılıb.

Mədəniyyət 2019-07-10 18:44:00