×
A
A
A
Sazlamalar

“Barselona” Malkoma 40 milyon avro dəyərində transfer qiyməti qoyub

Bakı, 10 iyul, AZƏRTAC

İspaniyanın “Barselona” klubu ötən mövsümün əvvəlində Fransanın “Bordo” komandasından heyətinə cəlb etdiyi Malkomun transfer qiymətini müəyyənləşdirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Kataloniya təmsilçisi 22 yaşlı futbolçunun transfer qiymətini 40 milyon avro olaraq müəyyən edib. Klubun ehtiyat futbolçular heyətində yer alan Malkomla İngiltərənin “Arsenal”, “Everton” və “Tottenhem” klubları yaxından maraqlanır.
Qeyd edək ki, braziliyalı futbolçu “Barselona”nın heyətində keçirdiyi 24 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

İdman 2019-07-10 19:00:00