×
A
A
A
Sazlamalar

Neftin qiyməti gün ərzində 2 faizdən çox artıb

Bakı, 10 iyul, AZƏRTAC

Neftin qiyməti gün ərzində 2 faizdən çox bahalaşıb.
AZƏRTAC xəbər verir ki, dünya birjalarında “qara qızıl”ın qiyməti ABŞ-ın xam neft ehtiyatları azalması fonunda artır. Belə ki, neftin qiyməti gün ərzində 2 faizdən çox bahalaşaraq həftənin maksimumuna çatıb.
Bundan əlavə, İran-ABŞ və Venesuela-ABŞ arasında davam edən gərginliklər, Yaxın Şərqdəki digər qeyri-müəyyənlik neft qiymətini yuxarı istiqamətdə dəyişməsini dəstəkləyir.
Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 65,89 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 59,47 dollara alıcı axtarır.
Qeyd edək ki, Amerika Neft İnstitutunun (API) məlumatına görə, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 8,13 milyon barrel azalaraq 461,4 milyon barrel olub.

 

Neft - qaz 2019-07-10 18:39:00