×
A
A
A
Sazlamalar

Avropa İttifaqı Şurası Bolqarıstanı yoxsulluq və korrupsiyaya fikir verməyə çağırıb

Sofiya, 10 iyul, AZƏRTAC

Avropa İttifaqı Şurasının Vergi iqtisadi siyasəti və məşğulluq komitəsinin tövsiyələrində Bolqarıstanın vergi yığımını yaxşılaşdırması və ölkədə korrupsiya səviyyəsinə diqqət yetirmək ifadə edilib.
AZƏRTAC xəbər verir ki, sənəddə ölkədə qeydiyyata salınmayan əmək fəaliyyətinin və qanunsuz yanacaq satışının hələ də Bolqarıstanda əsas problemlər olaraq qaldığı qeyd edilir. İctimai idarəetmədə və elektron hökumət istiqamətində islahatlar çox yavaş gedir. Qeyd olunub ki, ölkə yoxsulluq riski və səhiyyədən istifadə məhdudiyyətlərinə də diqqət yetirməlidir.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2019-07-10 18:04:00