×
A
A
A
Sazlamalar

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini saxlanılıb

Bakı, 10 iyul, AZƏRTAC 

İyulun 7-də Xocasən qəsəbəsi ərazisindən qəsəbə sakini E.Əsgərova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ağazadə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobil iyulun 9-da saat 19 radələrində 1-ci Alatava yaşayış sahəsində tapılıb. Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-07-10 14:32:00