Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Abşeronda oğurluqda şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb edilib

Xırdalan, 10 iyul, AZƏRTAC

Abşeron rayonu ərazisində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini E.Məmmədov saxlanılıb.
Rayon polis idarəsindən AZƏRTAC–a bildirilib ki, iyulun 7-də Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini R.Əlicanovun cibindən 470 manat pulunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Məmmədov idarənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, istintaqa cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-07-10 13:47:00