×
A
A
A
Sazlamalar

“Şahmat ulduzları” turnirinin qalib və mükafatçıları müəyyənləşib

Bakı, 10 iyul, AZƏRTAC

Vüqar Həşimov Şahmat Akademiyasında keçirilən “Şahmat ulduzları” festivalına yekun vurulub.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, 9 turdan ibarət turnirdə 7,5 xal toplayan İlham Namazov qalib adını qazanıb. Arif Babayev və Rəşad Məmmədov isə 7 xalla ikinci və üçüncü yerləri tutublar.
Altmış səkkiz şahmatçının mübarizə apardığı turnir İsveçrə sistemi üzrə keçirilib.

İdman 2019-07-10 13:36:00