×
A
A
A
Sazlamalar

Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayır

Bakı, 10 iyul, AZƏRTAC

Ağdamın “Qarabağ” futbol klubu iyulun 10-da UEFA Çempionlar Liqasında mübarizəyə başlayır.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində səfərdə Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq.
Oyun islandiyalı hakimlər briqadası tərəfindən idarə olunacaq. Baş hakim Holvardur Arnasona Yohann Qunnar Qudmundsson və Andri Viqfüsson kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Petur Qudmundsson yerinə yetirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. “Qarabağ” “Partizani” matçı “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

İdman 2019-07-10 13:02:00