×
A
A
A
Sazlamalar

Özbəkistanda kitaba abidə qoyulub

Daşkənd, 10 iyul, AZƏRTAC

Özbəkistanın Karşi Dövlət Universitetinin qarşısında kitaba abidə qoyulub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə kitabın gənc nəslin tərbiyəsindəki müstəsna əhəmiyyətindən danışılıb.
Monumentdə böyük özbək şairləri Əlişir Nəvai, Zahirəddin Məhəmməd Babur, Abdulla Aripov, həmçinin Əbu Əli ibn Sina, Şərəf Rəşidov, o cümlədən dünya ədəbiyyatının tanınmış nümayəndələri Balzak, Şekspir və Puşkinin simvolik kitabları əks olunub.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2019-07-10 12:36:00