×
A
A
A
Sazlamalar

Saatlıda 1648 tondan çox pomidor yığılıb

Saatlı, 10 iyul, Mahir Babayev, AZƏRTAC

Bu il saatlılı fermerlər 788 hektar sahədə tərəvəz becəriblər. İl təsərrüfat işləri üçün əlverişli keçdiyindən və məhsul istehsalçıları becərdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiyindən sahələrdən bol məhsul yetişib. Xeyli vaxtdır ki, torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulun yığımına başlayıblar.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, saatlılı fermerlər becərdikləri 799 hektar tərəvəz sahəsinin 384 hektarından indiyədək 4 min 57,6 ton məhsul yığıblar. Tədarük olunan tərəvəzin 274,1 tonu bibər, 731,1 tonu xiyar, 1648,3 tonu pomidor, 465,7 tonu badımcan, 416 tonu sarımsaq, 463 tonu isə soğan məhsullarıdır.
Əkinçilər, həmçinin erkən əkdikləri 1987,5 hektar bostan sahəsinin 938,05 hektarından 25 min 066,4 ton qarpız və yemiş də toplayıblar. Fermerlər gün ərzində ümumilikdə 25-30 hektar sahənin məhsulunu yığırlar.

Kənd təsərrüfatı 2019-07-10 12:23:00