×
A
A
A
Sazlamalar

Altı ayda Salyanda 313 ton meyvə tədarük olunub

Salyan, 10 iyul, Mahir Babayev, AZƏRTAC

Cari ilin 6 ayında salyanlı bağbanlar becərdikləri 944 hektar meyvə bağından 313,2 ton məhsul tədarük ediblər.
Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ilin ötən dövründə bağbanlar becərdikləri meyvə bağlarından 313,2 ton meyvə tədarük ediblər, bu da ötən ilin eyni ayları ilə müqayisədə 32,8 ton çoxdur. Yığılan məhsulun 9 tonunu alma, 25 tonunu armud, 21,8 tonunu ərik, 41 tonunu gavalı, 37,8 tonunu alça, 22,7 tonunu şaftalı, 10,1 tonunu gilas, 43,7 tonunu isə albalı təşkil edib. Həmçinin məhsul istehsalçıları sahələrdən 102,1 ton giləmeyvə də toplayıblar. Tədarük olunan meyvənin demək olar ki, yarıdan çoxu Xalac, Yenikənd və Çuxanlı kəndlərinin bağbanları toplayıblar.
Rayonda meyvə tədarükü davam edir.

Kənd təsərrüfatı 2019-07-10 12:15:00