×
A
A
A
Sazlamalar

Bu gündən Şamaxıda “KOB Dostu” fəaliyyətə başlayır

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 10-da Şamaxıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "KOB Dostu" fəaliyyətə başlayır.
Bu barədə AZƏRTAC-a KOBİA-dan məlumat verilib.
Hazırda KOB dostları ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərir və ətraf rayonlardan olan sahibkarlar da onların xidmətlərindən istifadə edə bilər. KOB dostlarının fəaliyyəti yeni KOB-ların yaranması, mövcud KOB-ların inkişafı vasitəsilə regionun inkişaf potensialının reallaşdırılmasına yönəldilib. Bu məqsədlə potensial investisiya layihələri müəyyən edilir və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq olunur. KOB dostlarının fəaliyyətinin digər önəmli istiqaməti KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun çoxsaylı dəstəklərin verilməsindən ibarətdir. Bu istiqamətdə fəaliyyət, bir tərəfdən mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsi, bu dəstəklərə KOB-ların maneəsiz və rahat çıxışının təmin edilməsinə, digər tərəfdən agentliyin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqinə yönəlib. KOB dostlarının fəaliyyətinin digər mühüm istiqaməti KOB-ların hüquqlarının müdafiəsi istiqamətindədir. KOB-ların hüquqlarının müdafiəsi, yarana biləcək problemlərin həllinin dövlət-sahibkar əməkdaşlıq platformasında yerində operativ həlli nəzərdə tutulur.
KOB dostlarının fəaliyyətinin daha bir mühüm istiqaməti sorğu və monitorinqlərin həyata keçirilməsidir. Sahibkarlarla sıx əlaqədə olan KOB dostları onların inkişaf ehtiyaclarını sorğular vasitəsilə öyrənir. Eyni zamanda, KOB dostları vasitəsilə yerlərdə KOB-lara göstərilən xidmətlərin monitorinqi aparılır.

Regionlar 2019-07-10 11:13:00