×
A
A
A
Sazlamalar

Lampeduza adasına xeyli sayda miqrant gəlib

Roma, 10 iyul, AZƏRTAC
Son iki gün ərzində İtaliyanın Lampeduza adasında xeyli sayda miqrant gəlib.
AZƏRTAC xəbər verir ki, iyulun 9-da sahildən təxminən bir mil aralıda içərisində miqrantların olduğu kiçik qayıq saxlanılıb. Qayıqdakı 19 miqrantın hamısı Tunis vətəndaşlarıdır. Onlar adadakı miqrant qəbulu mərkəzinə göndərilib. Daha 10 miqrant isə iyulun 8-də saxlanılıb.
Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın “Alan Kurdi” xilasedici gəmisi ilə Maltaya gətirilən 65 miqrant Aİ-nin müxtəlif ölkələrinə paylanılacaq.


Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma 

Dünya 2019-07-10 09:24:00