×
A
A
A
Sazlamalar

Gürcüstan parlamentinin binası qarşısında yenidən aksiya keçirilir

Tbilisi, 9 iyul, AZƏRTAC

Tbilisidə parlamentin binası qarşısında növbəti aksiya keçirilir.
AZƏRTAC xəbər verir ki, artıq 20-ci gündür davam edən aksiyanın tələbi dəyişməyib. Aksiya iştirakçıları Daxili İşlər naziri Giorgi Qaxariyanın istefasını tələb edirlər.
Bugünkü aksiyada az kütləvilik müşahidə olunur.
Təşkilatçılar tələbləri yerinə yetirilməyənə qədər dinc aksiyaları davam etdirəcəklərini bildiriblər.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-07-09 21:43:00