×
A
A
A
Sazlamalar

Şamaxı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

Şamaxı, 9 iyul, AZƏRTAC 

İyulun 9-da saat 17:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı ərazisindən keçən 110 kilometrliyində, Acıdərə kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şamaxı rayonunun Bağırlı kənd sakini, 1971-ci il təvəllüdlü Mirzəyev Yaşar Əlikram oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Zeynəddinli Elmin Rafiq oğlunun idarə etdiyi “Ford” markalı yük maşını toqquşub.
Hadisə nəticəsində hər iki sürücü, habelə “Mercedes”in Sumqayıt şəhər sakinləri olan sərnişinləri - 1992-ci il təvəllüdlü Nazarova Aynur Teymur qızı, 1972-ci il təvəllüdlü Qarakişiyeva Səbinə Rafiq qızı, 1964-cü il təvəllüdlü Məmmədov Həsənağa Sultanağa oğlu və 1997-ci il təvəllüdlü Qarakişiyev Elcan Həsənağa oğlu müxtəlif bədən xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Regionlar 2019-07-09 19:54:00