×
A
A
A
Sazlamalar

Küveytin nümayəndəsi: Qonaqpərvərliyə və səmimi münasibətə görə Azərbaycan xalqına minnətdaram

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan zəngin tarixi və mədəni irsi var. UNESKO-nun Bakı sessiyası tarixi mədəni irs nümunələrinizin təbliği və tanıdılması baxımından böyük əhəmiyyətə malikdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Küveytin UNESKO-dakı səfiri Adam əl-Mulla söyləyib.
Qonaq bildirib ki, tədbir yüksək səviyyədə keçirilib. O, buna görə Azərbaycan hökumətinə, xüsusən də Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. “Qonaqpərvərliyə və səmimi münasibətinə görə Azərbaycan xalqına minnətdarlığımı bildirəm. Sessiyada Şəki ilə bağlı irs nümunənizin UNESKO-nun Dünya İrs Siyahısına salınması ölkənizin böyük uğurudur”, - deyə Adam əl-Mulla qeyd edib.

Mədəniyyət 2019-07-09 16:36:00