×
A
A
A
Sazlamalar

Koreya Respublikasının nümayəndə heyəti Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyini ziyarət edib

Bakı, 9 iyul, AZƏRTAC

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Koreya Respublikasının nümayəndə heyəti Bakıda Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova qonaqlara M.Rostropoviçin həyat və yaradıcılığı barədə məlumat verib.
Qonaqlar, həmçinin Azərbaycan violonçel məktəbi haqqında məlumatlandırılıb, 2012-ci ildə muzeyin direktoru Ş.Heydərovanın redaktorluğu ilə ərsəyə gələn “Azərbaycan bəstəkarlarının violonçel və fortepiano üçün əsərləri” toplusu ilə maraqlanıblar.
Nümayəndə heyəti muzeyin ekspozisiyasının zənginliyindən məmnun qalıb.

Mədəniyyət 2019-07-09 13:22:00