Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Argentinanın sabiq prezidenti ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bakı, 9 iyul, AZƏRTAC

Argentinanın sabiq prezidenti Fernando de la Rua bazar ertəsi günü ağır vəziyyətdə Buenos-Ayresdəki Alexander Fleming klinikasına yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, Todo Noticias portalının yaydığı məlumata görə, 81 yaşlı sabiq prezident (1999-2001) ürək və böyrək çatışmazlığından əziyyət çəkir. Onun vəziyyətinin ağır olaraq qalmasına baxmayaraq, ailəsi ümidini itirmir.
Fernando de la Rua yanvar ayında ürək problemi ilə əlaqədar xəstəxanada bir ay müalicə almışdı. Sabiq prezidentin səhhətində 2018-ci ildə də problemlər müşahidə olunmuşdu. Həmin vaxt o, iki dəfə infarkt keçirmişdi.

 

Dünya 2019-07-09 12:01:00