×
A
A
A
Sazlamalar

® “Azercell”in “Kabinetim” tətbiqi ilə nömrənizə nəzarət etmək artıq daha asandır

Proqressiv ideyaların dəstəkçisi və təşəbbüskarı kimi tanınan “Azercell Telekom”un geniş çeşiddə məhsullar, xidmətlər və həllər bazasına malik olması onun ölkənin telekommunikasiya sahəsinin lideri mövqeyində qərarlaşmasına yardım edib. Şirkət yeni nəsil bağlantı erasında öz rəqəmsal həllərini daha da zənginləşdirərək, mobil tətbiqini abunəçilərin istifadəsinə verib. Həm “iOS”, həm də “Android” əməliyyat sistemlərində çalışan çoxfunksional “Kabinetim” tətbiqini “App Store” və ya “Play Store”dən “Azercell/Kabinetim” açar sözünü axtarışa verməklə ödənişsiz olaraq yükləmək mümkündür. Tətbiq istifadəçilərə nömrə xəttinin idarəedilməsi, balansa nəzarət, balans artırma, internet paketlərinin və rominq internet paketlərinin aktivləşdirilməsi, tarif paketinin dəyişdirilməsi və bir çox başqa imkanlar təqdim edir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi istifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə işlənib hazırlanıb. 

Müasir texnologiyaların və biznes həllərin köməyilə insan həyatını asanlaşdırmağı hədəfləyən “Azercell” ilə rəqəmsal dünyanın yenilikləri indi daha əlçatandır. “Azercell”in “Kabinetim” tətbiqini yüklə və rahatlıqdan zövq al.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

İKT 2019-07-09 11:50:00