×
A
A
A
Sazlamalar

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Bakı, 9 iyul, AZƏRTAC

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar artaraq 64,13 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,08 dollar geriləyərək 57,58 dollar təşkil edib.

Neft - qaz 2019-07-09 10:18:00