Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyədə kütləvi zəhərlənmə olub

Ankara, 9 iyul, AZƏRTAC

Türkiyənin Gümüşhane bölgəsində yerləşən Dibekli kəndində kütləvi zəhərlənmə olub.
AZƏRTAC xəbər verir ki, mədə bulanması və qusma səbəbindən 118 nəfər xəstəxanalara yerləşdirilib. İlkin məlumata görə, zəhərlənmənin mənbəyi uzaq məsafədən gətirilən içməli sudur. Bildirilir ki, zəhərlənməyə səbəb “koliform” bakteriyasıdır. Faktla bağlı araşdırma aparılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-07-09 09:07:00