Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Hindistanın şimal-şərqində 13 minədək insan daşqın zonasında qalıb

Bakı, 9 iyul, AZƏRTAC

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında iki gün davam edən leysan yağışlar nəticəsində 13 minədək insan daşqın zonasında qalıb. NDTV telekanalının yaydığı məlumata görə, 43 kəndi su basıb, təxminən 1000 hektar kənd təsərrüfatı torpağı suyun altında qalıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, daşqından daha çox Corxat dairəsinin əhalisi əziyyət çəkib. Orada 6 min insan daşqın zonasındadır. Hökumət orqanları evlərini tərk edənlərin yerləşdirilməsi üçün müvəqqəti düşərgələr təşkil edir. Ştatın bir neçə yolunu da su basıb. Bu regionun ən böyük çayı Braxmapurtada suyun səviyyəsi təhlükəli həddə çatıb.

Dünya 2019-07-09 08:44:00