Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Orta Asiyanın ən hündür binasını “Türk Özgüven” şirkəti tikəcək

Ankara, 9 iyul, AZƏRTAC

Türkiyənin “Türk Özgüven” tikinti şirkəti Orta Asiyanın ən hündür binasını Özbəkistanın paytaxtı Daşkənddə tikəcək.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, 215 metr hündürlükdə, 50 mərtəbəli binanın tikintisi üçün 150 milyon ABŞ dolları ayrılması nəzərdə tutulur. Layihə 1,5 hektar ərazini əhatə edir. “Türk Özgüven” ABŞ, Avropa və Asiya ölkələrini əhatə edən 100-ə yaxın şirkət arasında öz şərtləri ilə sifarişçi tərəfin etimadını qazana bilib.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-07-09 06:41:00