Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İranın Xuzistan vilayətində zəlzələ baş verib

Tehran, 9 iyul, AZƏRTAC

İranın Xuzistan vilayətində baş verən 5,7 bal gücündə zəlzələ dağıntılara səbəb olub, 30-a yaxın ev uçub.
AZƏRTAC İranın Təcili Tibbi Yardım İdarəsinə istinadla xəbər verir ki, zəlzələ nəticəsində 64 nəfər yaralanıb, 1 nəfər həlak olub.
Prezidentin göstərişi ilə hərbi hissələr və xilasedicilər hadisə yerində çalışırlar. Həlak olanların sayının artacağı ehtimalı var.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2019-07-09 00:43:00