Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tbilisidə etiraz aksiyası davam edir

Tbilisi, 8 iyul, AZƏRTAC

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında müxalifətin 19-cu etiraz aksiyası başlayıb.
AZƏRTAC xəbər verir ki, əllərində Gürcüstanın və NATO-nun bayraqlarını dalğalandıran müxalifət nümayəndələri Daxili İşlər naziri Giorgi Qaxarianın istefasını tələb etməklə Puşkin meydanına doğru hərəkət edirlər. Hazırda Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Əraziyə əlavə polis qüvvələri cəlb olunub.
Həmçinin ölkənin Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirilir. “Tbilisi prayd”ın təşkilatçıları da Daxili İşlər nazirinin istefasını tələb edirlər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-07-08 21:12:00