Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İtaliya polisi dopinqdən istifadəyə görə doqquz idmançını həbs edib

Roma, 8 iyul, AZƏRTAC

İtaliya polisi ölkənin şimalında həvəskar idmançılar və bodibildinqçilər arasında apardığı dopinq araşdırmasının nəticəsinə əsasən doqquz nəfəri həbs edib.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, həbslər ölkənin Trento, Bolçano, Breşia, Berqamo, Kremona, Medona və Viterbo əyalətlərində həyata keçirilib.
Trento əyalətində “NAS” sanitar-gigiyena polisi 1 milyon avro dəyərində qadağan edilmiş preparat ələ keçirib.
İtaliyada qadağan olunmuş preparatlara görə aparılan dopinq testlərinin nəticəsi həvəskar idmançıların 2 faizindən çoxunda müsbət çıxıb.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-07-08 20:19:00