Mariya Edileuza: Şəki ilə bağlı qərarın qəbul olunduğu sessiyaya sədrlik etmək mənim üçün şərəf idi
Bakı, 8 iyul, AZƏRTAC
Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına qəbul olunduğu sessiyaya sədrlik etmək mənim üçün böyük şərəf idi. Bu mədəni irs nümunəsinin Ümumdünya İrs Siyahısında yer alması Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfəyə beynəlxalq səviyyədə verilən qiymətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Braziliyanın UNESKO-dakı daimi nümayəndəsi Mariya Edileuza söyləyib.
Bu münasibətlə xalqımızı təbrik edən qonaq bunu Azərbaycanın böyük uğuru kimi dəyərləndirib. “Qədim tarixə malik Şəki Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olub. Şəki Xan Sarayı təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur”, - deyə o əlavə edib.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir