Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyədə 50 milyon lirə dəyərində narkotik maddə ələ keçirilib

Ankara, 8 iyul, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri Muğla vilayətinin Milas rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat keçiriblər.
AZƏRTAC xəbər verir ki, əməliyyat nəticəsində 1,5 ton çəkidə “Skun” adlı narkotik vasitə ələ keçirilib. Narkotik vasitənin qara bazarda qiyməti 50 milyon lirədir (8,5 milyon ABŞ dolları).
Hadisə ilə əlaqədar altı nəfər şübhəli şəxs qismində saxlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində istifadə olunduğu ehtimal edilən üç avtomobil istintaqa təhvil verilib.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-07-08 18:10:00