Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyədə sərnişin mikroavtobusu uçuruma yuvarlanıb

İstanbul, 8 iyul, AZƏRTAC 

Türkiyənin Gümüşhane şəhərinin Kelkit rayonunda sərnişin mikroavtobusu uçuruma yuvarlanıb. Hadisə nəticəsində bir nəfər ölüb, altısı uşaq olmaqla 18 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, qəza baş verən bölgəyə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Kelkit dövlət xəstəxanasına yerləşdiriliblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-07-08 17:13:00