Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kiriakos Mitsotakis Yunanıstanın baş naziri qismində and içib

Bakı, 8 iyul, AZƏRTAC

Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanan sağ mərkəzçi “Yeni demokratiya” partiyasının lideri Kiriakos Mitsotakis ölkənin baş naziri qismində and içib.
AZƏRTAC xəbər verir ki, andiçmə mərasimi dövlət başçısı Prokopis Pavlopulosun iştirakı ilə prezident sarayında baş tutub. Mərasim Yunanıstanın dövlət televiziyası ERT tərəfindən canlı yayımlanıb.
Kiriakos Mitsotakis ölkə konstitusiyasına və qanunlarına əməl edəcəyinə, həmçinin yunan xalqının maraqları üçün çalışacağına and içib.
Bir qədər əvvəl Yunanıstan Prezidenti Prokopis Pavlopulos hökuməti formalaşdırmaq üçün Kiriakos Misotakisə mandat verib. Yeni hökumətin tərkibinin bu gün axşam elan olunacağı gözlənilir.

Dünya 2019-07-08 15:41:00