Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Vladimir Zelenski Putinə Minskdə görüşməyi təklif edib

Bakı, 8 iyul, AZƏRTAC

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinə Minskdə görüşməyi təklif edib.
AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, Ukrayna prezidenti, həmçinin sammitdə Donald Tramp, Emmanuel Makron, Tereza Mey və Angela Merkelin də iştirak etməli olduğunu deyib.
“Danışmaq lazımdır? Lazımdır. Krımın kimə məxsus olduğunu və Donbasda kimlərin olmadığını müzakirə edək”, - deyə Zelenski mövzunu dəqiqləşdirib.
Təşəbbüs Ukrayna və Rusiya telekanalları arasında “Danışmaq lazımdır” adlı telekörpünün anonsundan sonra yaranıb.
Rusiya KİV-lərinin məlumatına görə, Kreml artıq Ukrayna Prezidentinin təklifinə reaksiya verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın təklifi nəzərdən keçirəcəyini deyib və dialoqun perspektivinin qiymətləndirilməsinin vacib olduğunu vurğulayıb.

 

Dünya 2019-07-08 14:35:00