Əhməd Urfalı: Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi tarixi nailiyyətdir
Ankara, 8 iyul, AZƏRTAC
Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi bütün türk dünyasının uğurudur. Bu tarixi nailiyyətin əldə olunması bir tərəfdən Azərbaycanın qədim tarixinin və mədəniyyətinin mövcudluğunun, digər tərəfdən isə dövlətin öz zənginliyinə sahib olmasının göstəricisidir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Əskişəhərdə fəaliyyət göstərən Əmirdağ Kültür və Sənət Dərnəyinin (ESAB) rəhbəri, yazıçı-publisist Əhməd Urfalı ifadə edib.
Bu nailiyyət münasibətlə xalqımıza səmimi təbriklərini çatdıran Əhməd Urfalı deyib ki, Azərbaycanın UNESKO ilə çoxtərəfli əməkdaşlığı təqdirəlayiq haldır. Bu əməkdaşlıqda Heydər Əliyev Fondunun gözəl bir ənənə yaratdığını diqqətə çatdıran yazıçı-publisist əminliklə bildirib ki, tezliklə Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq və işğal altından azad olunan Azərbaycan torpaqlarındakı abidələr də UNESKO tərəfindən yüksək dəyərini alacaqdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir