İslam ölkələrinin kulinariya yarışı keçiriləcək
Bakı, 8 iyul, AZƏRTAC
İyulun 15-dən 19-dək Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Azərbaycan Milli Kulinariya Mərkəzi, İslam Ölkələri Kulinariya Təşkilatlarının Dünya Birliyi, Azərbaycan Milli Kulinariya Assosiasiyası, “Azərsun Holding” şirkətlər qrupunun təşkilatçılığı ilə Bakı şəhərində I Dünya İslam Kulinariya Konqresi, Dünya İslam Kulinariya Təşkilatının II konfransı, II İslam Kulinariya çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində halal qida sərgisi, aşpaz və qənnadçıların halal kulinariya çempionatı, WICS kateqoriyalı kulinariya münsifi kursları keçiriləcək.
Münsif kursları tanınmış xarici mütəxəssislər tərəfindən aparılacaq, sonda müdavimlərə sertifikatlar veriləcək.
Kulinariya çempionatı 11 kateqoriyada keçiriləcək. Bu kateqoriyalar içərisində ilk dəfə olaraq restoranlar arasında milli toy, nişan süfrəsi yarışları, otel və restoranlar arasında Azərbaycan səhər yeməyi süfrəsi yarışı keçiriləcək.
Tədbirdə 20-dən çox xarici ölkədən qonaqlar iştirak edəcək.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir