×
A
A
A
Sazlamalar

Samira əl-Musa: Şəkinin Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın böyük uğurudur

Bakı, 8 iyul, AZƏRTAC

UNESKO-nun Bakı sessiyası yüksək səviyyədə təşkil olunub. Ölkənizin sessiyaya uğurla sədrlik etməsi Ümumdünya İrs Komitəsinin işinə öz töhfəsini verir. Buna görə Azərbaycan Hökumətinə təşəkkür edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Omanın UNESKO-dakı nümayəndəsi Samira əl-Musa söyləyib.
Azərbaycana ilk dəfə səfər etdiyini deyən qonaq buradakı inkişaf proseslərini yüksək qiymətləndirib. O, tədbirin dünya ölkələrinin tarixi və mədəni irsinin təbliği və təşviqi baxımından əhəmiyyətli rol oynadığını söyləyib.
Omanlı nümayəndə sessiya çərçivəsində Qız qalası, Şirvanşahlar sarayında olduğunun və bu tarixi abidələrin onda böyük maraq doğurduğunu deyib.
Qonaq, həmçinin Şəki şəhəri ilə bağlı nominasiyanın Ümumdünya İrs Siyahısına daxil olması münasibətilə xalqımızı təbrik edib. Bildirib ki, bu, Azərbaycanın tarixi irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük uğurdur.

Mədəniyyət 2019-07-08 13:55:00