Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yunanıstan prezidenti Kiriakos Mitsotakisə hökuməti formalaşdırmaq üçün mandat verib

Bakı, 8 iyul, AZƏRTAC

Yunanıstan Prezidenti Prokopis Pavlopulos parlament seçkilərinin qalibi Kiriakos Mitsotakisə hökuməti formalaşdırmaq üçün mandat verib.
AZƏRTAC Afinanın АМНА agentliyinə istinadla xəbər verir ki, prezident Mitsotakislə əlaqə saxlayaraq ona hökuməti formalaşdırmağı tapşırıb. Bir qədər öncə parlament sədri Nikos Vutsis Prezident Prokopis Pavlopulosa ümummilli seçkilərin nəticələrini təqdim edib.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, Kiriakos Mitsotakisin andiçmə mərasimi yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 14:00) keçiriləcək.
İyulun 7-də Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində Kiriakos Mitsotakisin “Yeni demokratiya” partiyası 300 yerlik birpalatalı parlamentdə 158 yer qazanıb. Aleksis Tsiprasın rəhbərlik etdiyi radikal solçuların hakim “SİRİZA” koalisiyası isə 86 deputat mandatı əldə edərək ikinci yeri tutub.

 

Dünya 2019-07-08 13:54:00