Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Lyublyanitsa layihəsi UNESKO mükafatı qazanıb

Lyublyana, 8 iyul, AZƏRTAC

Sloveniyada Lyublyanitsa çayının zəngin sualtı irsinin muzey ekspozisiyasında nümayişi layihəsi böyük uğur əldə edib. Layihə UNESKO tərəfindən “Sualtı mədəni irs sahəsində ən yaxşı nümunə” mükafatı qazanıb.
AZƏRTAC xəbər verir ki, bu layihə sualtı araşdırmaları, eramızdan əvvəl ikinci əsrə aid qayığın mühafizəsini, çay sahillərində bərpa işləri və s. özündə ehtiva edir. Arxeoloqlar tərəfindən Lyublyanitsa çayı yatağında tapılmış 400-dən artıq orijinal tarixi predmet Vrxnika şəhərində çayın sahili boyunca təşkil edilmiş sərgidə nümayiş etdirilib.
“The Slovenia Times” qəzetinin verdiyi məlumata görə, 2003-cü ildə milli əhəmiyyətli tarixi abidə elan olunan Lyublyanitsa Sloveniyanın ən mühüm, eləcə də ən çox risk altında olan arxeoloji abidələri sırasındadır. Eyni zamanda, onun UNESKO Ümumdünya İrs Siyahısına daxil edilməsi planlaşdırılır.
Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası hazırda Bakı şəhərində işini davam etdirir. Bu sessiyada qəbul olunmuş yeni abidələrlə birlikdə Ümumdünya İrs Siyahısında yer alan abidələrin sayı 1121-ə çatıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana

Dünya 2019-07-08 13:37:00