Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Taliban” hərəkatı Əfqanıstan ordusunun daha 40 əsgərini azadlığa buraxıb

Bakı, 8 iyul, AZƏRTAC

İyulun 7-də günorta saatlarında “Taliban” hərəkatı Əfqanıstanın şimalında yerləşən Cauzcan əyalətində təhlükəsizlik qüvvələrinin 40 əməkdaşını azad edib.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan ordusunun nümayəndəsi Əbdül Hadi Camal taliblərin azad etdiyi əsirlərin əksəriyyətinin polis əməkdaşları olduğunu deyib.
Agentliyin məlumatına əsasən, əsgərlər ötən həftə həmin əyalətin Kuş Tapa rayonunda gedən döyüşlər zamanı əsir götürülmüşdü. Bundan öncə taliblərin Əfqanıstan Milli Ordusunun daha 42 əsgərini azad etdiyi barədə məlumat yayılmışdı.
Əfqanıstanda hökumət qüvvələri ilə “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı birgə əməliyyatlar keçirirlər.

 

Dünya 2019-07-08 12:47:00